Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin noyabr ayında nəqliyyat və telekommunikasiya sektorunda tariflərin dəyişməsi haqqında
2012-ci ilin noyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,4 faiz, sərnişindaşıma tarifləri isə 4,0 faiz bahalaşmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 8,9 faiz, idxal üzrə 2,9 faiz ucuzlaşmış, ixrac üzrə 0,2 faiz, tranzit üzrə isə 3,1 faiz bahalaşmışdır.
Sərnişindaşıma tarifləri beynəlxalq əlaqə üzrə 3,3 faiz ucuzlaşmışdır.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,8 faiz bahalaşmışdır.
Hava nəqliyyatında MDB ölkələrinə və digər xarici ölkələrə sərnişindaşıma tarifləri uyğun olaraq 10,8 faiz və 10,2 faiz bahalaşmış, MDB ölkələrinə yükdaşıma tarifləri isə 0,2 faiz ucuzlaşmışdır. Telekommunikasiya sahəsində mobil telefon rabitəsi üzrə tariflər 3,9 faiz bahalaşmışdır.
Tel: 538-52-72