Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin məhsulu üçün payızlıq bitkilər səpininin gedişi barədə
Ölkənin tarlalarında payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir. Hesabat məlumatlarına görə cari il dekabr ayının 1-nə kimi 900.1 min hektar sahədə payızlıq bitkilər, o cümlədən 890.0 min hektarda dən üçün payızlıq bitkilər səpilmişdir. Dən üçün payızlıq bitkilərin 619.3 min hektarını buğda, 270.7 min hektarını isə arpa təşkil etmişdir.
2011-ci ilin müvafiq dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin əkin sahəsi 7.1 faiz, o cümlədən buğda əkini 3.4 faiz, arpa əkini 16.5 faiz artmışdır. Payızlıq bitkilərin səpini barədə daha ətraflı məlumat aşağıdakı cədvəldə verilmişdir.
2012-ci il (yanvar-noyabr) | 2011-ci il (yanvar-noyabr) | 2012-ci il 2011-ci ilə, %-lə | |
Dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir - cəmi, hektar | 900069 | 842800 | 106.8 |
o cümlədən dən üçün | 890041 | 831312 | 107.1 |
ondan: | |||
buğda | 619343 | 598903 | 103.4 |
arpa | 270673 | 232409 | 116.5 |
Tel: 538-93-96