Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə
Cari ilin oktyabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1425,7 min nəfər olmuş və onlardan 854,1 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 571,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 23,6 faizi təhsildə, 19,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,5 faizi sənayedə, 9,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,6 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14,6 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar. Bununla yanaşı, müşahidələr göstərir ki, muzdlu işçilərin bir qismi əmək müqaviləsi bağlamadan fəaliyyət göstərir və onların statistik uçotla əhatə olunması mümkün olmur.
2012-ci ilin oktyabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 403,3 manat təşkil etmiş, yanvar-oktyabr aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 9,0 faiz artaraq 390,2 manat olmuşdur. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, informasiya və rabitədə, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.
Tel: 538-61-21