2012-ci ilin yanvar-noyabr aylarında Ümumi Daxili Məhsul istehsalı

12.12.2012

2012-ci ilin on bir ayında ölkədə 48,2 milyard manatlıq və ya əvvəlki ildəkindən 1,2 faiz çox ümumi daxili məhsul istehsal edilmiş, onun hər nəfərə həcmi 5253,9 manat (6686,8 ABŞ dolları) olmuşdur. İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq 24,7 milyard manat təşkil etmiş, neft-qaz sektorunda isə 6,5 faiz azalmışdır.
ÜDM-in 50,5 faizi sənayedə, 9,9 faizi tikintidə, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 6,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,8 faizi informasiya və rabitə xidmətlərində, 1,5 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 12,7 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilmişdir.
Bu dövrdə tikintidə əlavə dəyər real ifadədə 23,1 faiz, informasiya və rabitə xidmətlərində 16,8 faiz, turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində 15,7 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,7 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 2,5 faiz, sosial və digər xidmətlər sahəsində 3,3 faiz artmışdır.

Tel: 538-74-50