Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ildə Dövlət Statistika Komitəsində maarifləndirmə işləri aparılmışdır
Dövlət Statistika Komitəsinin Aparatında və yerli statistika orqanlarında çalışan dövlət qulluqçuları üçün Komitənin müvafiq əmrləri ilə təsdiq edilmiş tədris proqramlarına uyğun olaraq praktiki təlimlərin keçirilməsi nəzərdə tutulmuş, Komitənin Aparatının və yerli statistika orqanlarının işçilərinə “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarının və digər qanunvericilik aktlarının öyrənilməsinə dair məşğələlər keçirilmişdir.
Dövlət Statistika Komitəsində çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydaları, onlara əməl edilməsi məsələlərinin öyrənilməsi sahəsində işçilərin maarifləndirilməsi və biliklərinin artırılması məqsədilə “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası qanunlarına dair mövzular müasir informasiya texnologiyaları tətbiq etməklə yerli statistika orqanlarına göndərilmiş və onların cavablandırılması təmin edilmişdir.