Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
Dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,9 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,5 faiz bahalaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 2,8 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən kələmin istehsalçı qiymətləri 9,6 faiz ucuzlaşmış, buğdanın istehsalçı qiymətləri 0,6 faiz, qarğıdalının 3,8 faiz, arpanın 1,2 faiz, göyərtilərin 0,8 faiz, kartofun 0,4 faiz, xiyarın 2,7 faiz, pomidorun 1,9 faiz, baş soğanın və sarımsağın 0,2 faiz, quru otun 0,1 faiz, yoncanın istehsalçı qiymətləri isə 1,5 faiz bahalaşmışdır.
Çoxillik bitkilərdən narın istehsalçı qiymətləri 4,4 faiz, xurmanın 1,8 faiz, feyxoanın 4,1 faiz, qozun 0,5 faiz, fındığın 5,3 faiz, şabalıdın istehsalçı qiymətləri 5,5 faiz bahalaşmış, almanın istehsalçı qiymətləri 18,5 faiz, heyvanın 0,2 faiz, limonun 8,2 faiz, naringinin istehsalçı qiymətləri isə 5,2 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından diri ev quşlarının və quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 0,3 faiz və 1,1 faiz ucuzlaşmışdır. Bu ucuzlaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 1,3 faiz, camışın 2,5 faiz, diri qoyun və keçilərin 3,2 faiz, mal və qoyun ətinin (diri çəkidə) 0,1 faiz, südün 0,3 faiz, yumurtanın istehsalçı qiymətləri isə 3,0 faiz bahalaşmışdır.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,6 faiz ucuzlaşma müşahidə olunmuşdur.
Tel: 538-52-72