Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İdxal – ixrac əməliyyatları haqqında
2012-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 154 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 39473,1 milyon ABŞ dolları təşkil etmiş, onun 8444,7 milyon dolları idxalın, 31028,4 milyon dolları ixracın payına düşmüş, 22583,7 milyon dollarlıq müsbət saldo yaranmışdır.
Qeyri-neft məhsullarının ixracı 1477,8 milyon dollar dəyərində olmuş və 2011-ci ilin yanvar-noyabr aylarının səviyyəsini 11,2 faiz üstələmişdir.
Xarici ticarət əməliyyatlarının 82,7 faizi İtaliya, Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, İsrail, Fransa, İndoneziya, Hindistan, Almaniya, Yunanıstan, Çin, Tayvan (Çinin əyaləti), Böyük Britaniya, Gürcüstan, Çexiya, Bolqarıstan, Ukrayna və Malayziya dövlətləri, qalan 17,3 faizi isə digər ölkələrlə aparılmışdır.
Tel: 538-22-57