Əmtəə bazarı haqqında

16.01.2013

2012-ci ildə pərakəndə ticarət şəbəkəsində 17,6 milyard manat məbləğində və ya 2011-ci il ilə müqayisədə 9,6 faiz çox istehlak malları satılmışdır. Satılmış ərzaq məhsullarının həcmi 2,1 faiz artaraq 9728,0 milyon manata, qeyri-ərzaq mallarının həcmi 20,7 faiz artaraq 7831,1 milyon manata bərabər olmuşdur. 2011-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 4,1 faiz bəndi azalaraq 55,4 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 44,6 faiz təşkil etmişdir. Pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 87,8 manatlıq ərzaq, 70,7 manatlıq qeyri-ərzaq malları almışdır.

Tel: 538-76-95