Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə
2012-ci ilin noyabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1470,2 min nəfər olmuş və onlardan 897,9 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 572,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 23,5 faizi təhsildə, 19,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,5 faizi sənayedə, 9,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,5 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14,9 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2012-ci ilin noyabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 398,8 manat təşkil etmiş, yanvar-noyabr aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 391,4 manat olmuşdur. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, informasiya və rabitədə, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.
Tel: 538-61-21