Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ildə sənayenin işi haqqında
Ölkənin sənaye sahələrində 2012-ci ildə 33,9 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, qeyri-neft sektorunda 7,8 faiz artım, neft sektorunda 4,2 faiz azalma müşahidə olunmuşdur. İstehsalın 75,4 faizi mədənçıxarma, 18,9 faizi emal, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. İl ərzində neft hasilatı 43,0 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 17,2 milyard kub-metr təşkil etmiş, qaz hasilatı 5,4 faiz artmış, neft hasilatı isə 5,3 faiz azalmışdır. Hesabat dövründə qeyri-neft bölməsinin məhsullarından qida, içki, toxuculuq, geyim, kağız və karton, poliqrafiya, rezin və plastmas məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatların, elektrik avadanlıqlarının, mebel, elektrik enerjisinin və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.
Tel: 539-87-17