2012-ci ildə əhalinin gəlirləri

17.01.2013

2012-ci ilin ilkin yekunlarına görə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 13,8 faiz artaraq 34,7 milyard manata çatmışdır. Əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi orta hesabla 3784,3 manat və ya ayda 315,4 manat olmuşdur. Hər nəfərə düşən gəlirlər 12,2 faiz artaraq istehlak qiymətlərinin bahalaşmasını 11,1 faiz bəndi üstələmiş, yəni hər nəfərə gəlirlər real ifadədə 11.0 faiz artmışdır.
Gəlirlərin 61,0 faizi son istehlaka, 8,6 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 29,3 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlir 31,7 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 13,8 faiz artmışdır.

Tel: 538-90-98