Kvota üzrə balıq ovu

04.02.2013

Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına əsasən 2012-ci ildə balıq ovuna 1748 ton kvota verilmiş və onun alınması üçün balıqçılar tərəfindən 17,9 min manat ödənilmişdir. Balıq ovuna icazə almış 102 hüquqi və fiziki şəxs tərəfindən 910 ton balıq ovlanmışdır. Ovlanmış balığın 372 tonu kilkə, 126 tonu siyənək, 125 tonu kefal, 80 tonu kütüm, 64 tonu çapaq, 63 tonu külmə balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşmüşdür.

Tel: 538-93-61