Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin IV rübündə tikinti işlərində qiymətlərin dəyişməsi
2012-ci ilin IV rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,9 faiz artmışdır. Rüb ərzində yerüstü tikililər bölməsində 1,1 faiz, yol və körpü tikintisində 0,3 faiz bahalaşma müşahidə edilmişdir.
Rüb ərzində yerüstü tikililərdən sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,9 faiz, yaşayış evlərinin tikintisi 0,7 faiz, istehsal təyinatlı obyektlərin tikintisi 3,5 faiz, yaşayış evlərindən 5 mərtəbəyə qədər evlərin tikintisi 1,0 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə isə qiymətlər 0,6 faiz artmışdır. Sosial təyinatlı binalardan inzibati binaların inşası və ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər müvafiq olaraq 0,3 və 1,0 faiz bahalaşmışdır. İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 3,5 faiz bahalaşma müşahidə edilmişdir.
Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,3 faiz, körpü tikintisi üzrə isə qiymətlər 0,7 faiz artmışdır.
Tel: 538-52-72