İdxal – ixrac əməliyyatları haqqında

05.02.2013

2012-ci ildə Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 43813,2 milyon ABŞ dolları təşkil etmiş, onun 9652,9 milyon dolları idxalın, 34160,3 milyon dolları ixracın payına düşmüş, 24507,4 milyon dollarlıq müsbət saldo yaranmışdır.
Qeyri-neft məhsullarının ixracı 1673,6 milyon dollar dəyərində olmuş və 2011-ci ilin səviyyəsini 8,4 faiz üstələmişdir.
Xarici ticarət əməliyyatlarının çox hissəsi (64,7 faizi) İtaliya, Rusiya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Fransa, Hindistan, İndoneziya, Almaniya və İsrail dövlətləri ilə aparılmışdır.

Tel: 538-76-95