2013-cü ilin yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

12.02.2013

Yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 2,6 faiz bahalaşmışdır.
Ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 103,1 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 3,1 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,4 faiz bahalaşmış, metal filizlərinin hasilatı üzrə isə 4,7 faiz ucuzlaşmışdır.
Yanvar ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri indeksi 99,8 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 2,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,6 faiz, neft məhsullarının istehsalı üzrə 0,7 faiz, toxuculuq sənayesi üzrə 0,2 faiz, qida məhsullarının istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, kimya sənayesi üzrə 4,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,6 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə isə 0,1 faiz bahalaşmışdır.

Tel: 538-52-72