Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin yanvar ayında sənayenin işi haqqında
Ölkənin sənaye sahələrində 2013-cü ilin yanvar ayında 3,0 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, qeyri-neft sektorunda 2,3 faiz artım, neft sektorunda 0,4 faiz azalma müşahidə olunmuşdur. İstehsalın 75,9 faizi mədənçıxarma, 17,5 faizi emal, 6,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Ay ərzində 3,8 milyon ton neft, 1,5 milyard kub-metr əmtəəlik təbii qaz hasil edilmişdir. Qeyri-neft bölməsinin məhsullarından qida, toxuculuq, poliqrafiya, kimya, rezin və plastmas məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, tikinti materiallarının, metallurgiya, elektrik avadanlıqlarının, avtomobil və qoşqularının, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.
Tel. 539-87-17