2013-cü ilin fevral ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

04.03.2013

2013-cü ilin fevral ayında ərzaq məhsullarının qiymətlərinin 1,0 faiz bahalaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin əvvəlki ayla eyni səviyyədə qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,5 faiz bahalaşmasına səbəb olmuşdur.
Ay ərzində unun, qarabaşaq yarmasının, makaronun, mal və qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatığın, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, limonun, portağalın, göyərtinin, çuğundurun, kökün, kartofun qiymətlərində ucuzlaşma, düyünün, manna yarmasının, çörəyin, vermişel və spaqettinin, toyuq ətinin, kolbasa məmulatlarının, pasterizə olunmuş üzlü südün, xamanın, pendirin, bitki yağlarının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, şabalıdın, kələmin, xiyar və pomidorun, bibərin, sarımsağın qiymətlərində bahalaşma müşahidə olunmuşdur.

Tel: 538-52-72