2013-cü ilin fevral ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

11.03.2013

Fevral ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 2,5 faiz bahalaşmışdır.
Ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 102,7 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,8 faiz, metal filizlərinin hasilatı üzrə 0,8 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,2 faiz bahalaşmışdır.
Fevral ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri indeksi 101,0 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri mebel istehsalı üzrə 2,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,2 faiz, toxuculuq sənayesi üzrə 0,7 faiz, poliqrafiya fəaliyyəti, metallurgiya sənayesi, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,5 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı, elektrik avadanlıqlarının istehsalı və həmçinin, maşın və avadanlıqların istehsalı üzrə 0,2 faiz ucuzlaşmış, tütün məmulatlarının istehsalı üzrə 22,0 faiz, kimya sənayesi üzrə 8,6 faiz, geyim istehsalı üzrə 1,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,0 faiz, neft məhsullarının istehsalı üzrə 0,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,6 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3 faiz, qida məhsullarının istehsalı üzrə isə 0,2 faiz bahalaşmışdır.

əlaqə telefonu: 538-52-72