2013-cü ilin yanvar-fevral aylarında sənayenin işi haqqında

15.03.2013

Ölkənin sənaye sahələrində 2013-cü ilin yanvar-fevral aylarında 5,7 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, qeyri-neft sektorunda 3,9 faiz artım, neft sektorunda 1,4 faiz azalma müşahidə olunmuşdur. İstehsalın 75,3 faizi mədənçıxarma, 18,0 faizi emal, 6,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. İki ay ərzində 7,2 milyon ton neft, 2,9 milyard kub-metr əmtəəlik təbii qaz hasil edilmişdir. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, tütün məmulatlarının, toxuculuq, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, rezin və plastmas məhsullarının, tikinti materiallarının, kompüter və elektron, elektrik avadanlıqlarının, avtomobil və qoşqularının, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.

Tel. 539-87-17