Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
“Sahibkar statistika ilə bağlı nəyi bilməlidir” adlı hazırlanmış məlumat kitabçası haqqında
Son illərdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirildiyini nəzərə alaraq, Dövlət Statistika Komitəsi tərəfindən “Sahibkar statistika ilə bağlı nəyi bilməlidir” məlumat kitabçası hazırlanmış və sahibkarlar arasında yayılmışdır. Kitabçanın hər bir sahibkar tərəfindən əldə oluna bilməsini təmin etmək üçün eyni zamanda Komitənin www.stat.gov.az internet səhifəsində yerləşdirilmişdir.
Azərbaycan Respublikasının qanunvericilik və normativ hüquqi aktlarından çıxarışlar əsasında tərtib olunmuş məlumat kitabçasının hazırlanmasında məqsəd sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin statistika orqanları ilə əməkdaşlığı çərçivəsində statistika sahəsində daha geniş bilgiyə malik olmalarına şərait yaratmaq, onları statistikaya aid normativ hüquqi aktlarla tanış etmək, statistika sahəsində onların hüquq və vəzifələri haqqında sahibkarları ən son məlumatlarla təmin etmək və hesabatların elektron formada təqdim olunmasına yardımçı olmaqdan ibarətdir.
Kitabça sahibkarlarla statistika orqanları arasında yaranmış bir sıra hüquqi məsələlərin həllində, həmçinin statistika orqanları ilə əməkdaşlığın təşkilində sahibkarlara dəstək olacaqdır.