2013-cü ilin yanvar-fevral aylarında əhalinin gəlirləri

01.04.2013

Cari ilin yanvar-fevral aylarında əhalinin gəlirləri 2012-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 4,8 milyard manat təşkil etmiş, onun hər nəfərə düşən həcmi 517,6 manat və ya ayda orta hesabla 258,8 manat olmuşdur. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin həmin dövr ərzində bahalaşmasını 3,4 faiz bəndi üstələmiş, başqa sözlə hər nəfərə real gəlirlər 3,3 faiz artmışdır.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 4,3 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,4 faiz çox vəsait qalmışdır.

Əlaqə telefonu: 538 90 98