Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin mart ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2013-cü ilin mart ayında ərzaq məhsullarının qiymətlərinin 1,3 faiz bahalaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin əvvəlki ayla eyni səviyyədə qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,6 faiz bahalaşmasına səbəb olmuşdur.
Ay ərzində düyünün, qarabaşaq yarmasının, mal ətinin, toyuq və toyuq budunun, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, limonun, göyərtinin qiymətlərində ucuzlaşma, makaron və kolbasa məmulatlarının, təzə balığın, südün, xamanın, qatığın, günəbaxan və qarğıdalı yağlarının, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, qoz və fındığın, şabalıdın, kələmin, xiyar və pomidorun, bibərin, çuğundurun, kökün, sarımsağın, soğanın qiymətlərində bahalaşma müşahidə olunmuşdur.
Əlaqə telefonu: 538-52-72