Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul istehsalı
2013-cü ilin ilk üç ayı ərzində ölkədə 12,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,1 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artaraq 6,6 milyard manat və ya ÜDM-in 51,3 faizini təşkil etmiş, neft-qaz hasilatı və istehsalı sahələrində isə 4,0 faiz azalmışdır.
ÜDM-in 52,3 faizi sənayedə, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 7,8 faizi tikintidə, 8,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitə xidmətlərində, 12,9 faizi sosial və digər xidmət sahələrində istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 6,4 faizini təşkil etmişdir.
Bu dövrdə tikintidə əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 25,9 faiz, informasiya və rabitə xidmətlərində 12,5 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,5 faiz, nəqliyyat və anbar təsərrüfatında 4,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda isə 4,4 faiz artmışdır.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 1399,6 manat (1783,4 ABŞ dolları) təşkil edərək 1,7 faiz artmışdır.
Əlaqə telefonu: 538-74-50