Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin mart ayında poçt və nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında
2013-cü ilin mart ayında nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,9 faiz ucuzlaşmış, yükdaşıma tarifləri isə 0,1 faiz bahalaşmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 6,8 faiz, tranzit üzrə 5,4 faiz, ixrac üzrə 4,4 faiz, yerli əlaqə üzrə 1,6 faiz bahalaşmış, MDB ölkələrinə sərnişindaşıma tarifləri isə 3,1 faiz ucuzlaşmışdır.
Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 2,6 və 7,9 faiz, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 1,1 faiz ucuzlaşmışdır.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,4 faiz ucuzlaşmış, qazın nəql olunma tarifləri isə dəyişməz olaraq qalmışdır.
Poçt sahəsində kuryer tariflərinin 1,8 faiz bahalaşması ümumilikdə poçt və kuryer tarifləri indeksinin 0,1 faiz artmasına səbəb olmuşdur.
Əlaqə telefonu: 538-52-72