2013-cü ilin yanvar-mart aylarında sənayenin işi haqqında

17.04.2013

Ölkənin sənaye sahələrində 2013-cü ilin yanvar-mart aylarında 8,6 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, sənayenin qeyri-neft sahələrində 2,9 faiz artım, neft sektorunda 2,9 faiz azalma müşahidə olunmuşdur. İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 18,4 faizi emal, 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Üç ay ərzində 10,8 milyon ton neft, 4,4 milyard kub-metr əmtəəlik təbii qaz hasil edilmişdir. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, tütün məmulatlarının, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompüter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.

Tel. 539-21-39