Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin aprel ayında rabitə və nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında
2013-cü ilin aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,2 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri isə 0,5 faiz bahalaşmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 30,1 faiz, tranzit üzrə 9,4 faiz, idxal üzrə 7,1 faiz, ixrac üzrə 4,3 faiz, MDB ölkələrinə sərnişindaşıma tarifləri isə 16,7 faiz bahalaşmışdır.
Ay ərzində dəniz nəqliyyatı vasitəsilə sərnişindaşıma tarifləri 0,6 faiz ucuzlaşmışdır.
Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 1,5 və 0,4 faiz, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 2,6 faiz bahalaşmışdır.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 2,5 faiz ucuzlaşmışdır.
Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri yerli əlaqə üzrə 7,4 faiz ucuzlaşmışdır.
Rabitə sahəsində internet xidmətlərinin tarif indeksi 6,2 faiz ucuzlaşmışdır.
Əlaqə telefonu: 538-52-72