İdxal – ixrac əməliyyatları haqqında

10.05.2013

Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-mart aylarında statistik məlumatlara əsasən 10,7 milyard ABŞ dolları təşkil etmiş, onun 8,5 milyard dollarlıq hissəsi ixracın, 2,2 milyard dollarlıq hissəsi idxalın hesabına yaranmışdır.
Bu dövr ərzində dünyanın 124 ölkəsi ilə ticarət əlaqəsi aparılmış, 63 ölkəyə əmtəə ixrac olunmuş, 115 ölkədən idxal olunmuşdur. Xarici ticarət dövriyyəsi iştirakçılarının 21-i Amerika, 47-si Avropa, 34-ü Asiya və s. ölkələridir.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-mart ayları ilə müqayisədə 28,3 faiz artmışdır.

Tel: 438-22-57