2013-cü ilin yanvar-mart aylarında “İpək yolu”nda nəqliyyatın fəaliyyəti haqqında

13.05.2013

Cari ilin birinci rübündə “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 14,7 milyon ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox yük, 69,4 milyon nəfər və ya 7,2 faiz çox sərnişin daşınmışdır. Dəhlizdə daşınmış yüklərin 44,9 faizi avtomobil, 35,9 faizi dəmir yolu, 19,2 faizi dəniz nəqliyyatının payına düşmüş, dəmir yolu nəqliyyatında 7,2 faiz, avtomobil nəqliyyatında 6,5 faiz, dəniz nəqliyyatında isə 0,9 faiz artım qeydə alınmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 29,5 faizini və ya 4,3 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
Yük daşımaları fəaliyyətindən 115,4 milyon manat, sərnişin daşınmasından isə 23,2 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 7,2 faiz və 14,7 faiz artmışdır.

Tel:538-62-96