2013-cü ilin yanvar-aprel aylarında əhalinin gəlirləri

16.05.2013

2013-cü ilin yanvar-aprel aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 10,3 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 1108,7 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,5 faiz bəndi üstələyərək 4,9 faiz olmuşdur.
Bu dövr ərzində gəlirlərin 69,4 faizi son istehlaka, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 19,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan 9,3 milyard manatlıq gəlir əvvəlki ildəkinə nisbətən 6,1 faiz artmışdır.

Əlaqə telefonu: 538 90 98