Dövlət qulluqçularının sayı və onların əmək haqqı barədə

27.05.2013

2013-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,2 min nəfər olmuş və onların 27,4 faizini qadınlar təşkil etmişdir. Dövlət qulluqçularının 4,3 faizi inzibati vəzifələrin 1-4-cü təsnifatları üzrə, 75,3 faizi 5-9-cu təsnifatları üzrə və 20,4 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləmişdir.
Dövlət qulluqçularının 9,7 faizi 1 ilə qədər, 23,5 faizi 1 ildən 5 ilə qədər, 24,9 faizi 5 ildən 10 ilə qədər, 16,6 faizi 10 ildən 15 ilə qədər, 25,3 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,1 faiz, 30-34 yaşda 14,1 faiz, 35-44 yaşda 22,0 faiz, 45-54 yaşda 28,0 faiz, 55-62 yaşda 15,3 faiz və 63 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 3,5 faizini təşkil etmişdir. İşləyənlərin 50,0 faizi 35-54 yaşda olanlardır.
5-9-cu təsnifatlar üzrə inzibatı vəzifələrdə çalışanların 15,3 faizini şöbə müdirləri, 10,2 faizini şöbə müdirinin müavinləri, 9,3 faizini sektor müdirləri, 26,0 faizini baş məsləhətçilər, 5,1 faizini böyük məsləhətçilər, 12,8 faizini aparıcı məsləhətçilər və 21,3 faizini məsləhətçilər təşkil etmişdir. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 90,6 faiz komplektləşdirilmişdir.
Dövlət qulluqçularının orta aylıq əmək haqqı 2012-ci ildə 446,7 manat təşkil etmişdir.

Tel. 538-86-68