Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin may ayında rabitə və nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında
2013-cü ilin may ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz bahalaşmış, sərnişindaşıma tarifləri isə eyni səviyyədə qalmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 6,7 faiz, yerli əlaqə üzrə 3,5 faiz, idxal üzrə 1,3 faiz, tranzit üzrə 1,1 faiz, sərnişindaşıma tarifləri isə beynəlxalq əlaqə üzrə 6,0 faiz ucuzlaşmışdır.
Hava nəqliyyatında digər xarici ölkələrə sərnişindaşıma tarifləri 0,4 faiz ucuzlaşmış, MDB ölkələrinə isə 1,3 faiz bahalaşmışdır.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,4 faiz ucuzlaşmışdır.
Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri yerli əlaqə üzrə 8,4 faiz bahalaşmışdır.
Rabitə sahəsində internet xidmətlərinin tarif indeksi 0,2 faiz bahalaşmışdır.
Əlaqə telefonu: 538-52-72