2013-cü ilin may ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

07.06.2013

2013-cü ilin may ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz artmış, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 8,4 faiz aşağı düşmüşdür.
Ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 5,7 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,1 faiz ucuzlaşmış, xam neft və təbii qaz hasilatı üzrə isə 1,0 faiz bahalaşmışdır.
May ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 5,2 faiz, neft məhsullarının istehsalı üzrə 2,8 faiz, metallurgiya sənayesi üzrə 2,2 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə və həmçinin, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 1,5 faiz, geyim istehsalı üzrə 0,9 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, toxuculuq sənayesi üzrə 20,2 faiz, tütün məmulatlarının istehsalı üzrə 7,1 faiz, poliqrafiya fəaliyyəti üzrə 3,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,7 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 2,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə və həmçinin, mebel istehsalı üzrə 1,2 faiz, kağız və karton istehsalı üzrə isə istehsalçı qiymətləri 0,3 faiz bahalaşmışdır.

əlaqə telefonu: 538-52-72