Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin yanvar-may aylarında əhalinin gəlirləri
2013-cü ilin yanvar-may aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artaraq 13,0 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 1403,2 manat və ya ayda 280,6 manat təşkil etmişdir.
Hər nəfərə düşən gəlirlər 5,4 faiz artaraq istehlak qiymətlərinin bahalaşmasını 3,7 faiz bəndi üstələmiş və nəticə olaraq əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz yüksəlmişdir.
Bu dövr ərzində gəlirlərin 69,3 faizi son istehlaka, 9,2 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 19,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlirlər 11,8 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artmışdır.
Əlaqə telefonu: 538-74-50