Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin birinci rübündə ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyalar haqqında
2013-cü ilin birinci rübündə ölkə iqtisadiyyatına 2,8 milyard ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 17,7 faiz çox xarici investisiyalar yönəldilmişdir. İnvestisiyaların 18,2 faizi iqtisadiyyata maliyyə kreditləri, 43,8 faizi birbaşa, 38,0 faizi isə portfel və digər investisiyalar şəklində daxil olmuşdur.
Birbaşa investisiyaların həcmi 1,2 milyard dollar təşkil edərək 2012-ci ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz artmış, onun 1,0 milyard dolları və ya 82,9 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilmişdir.
Bu dövrdə ildə ölkə rezidentlərinə 505,7 milyon ABŞ dolları ekvivalentində xarici kreditlər təqdim edilmiş, onlardan 48,5 faizi dövlət təminatlı kreditlər olmuşdur.
Tel: 538-74-50