Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsində "Açıq qapı" günü - keçirilmişdir.
Cari ilin iyun ayının 21-də Dövlət Statistika Komitəsində ictimaiyyət, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Açıq qapı" günü - keçirilmişdir. Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, "Açıq qapı" gününün – ictimaiyyətin və KİV nümayəndələrinin komitənin fəaliyyəti ilə daha yaxından tanış olması məqsədilə keçirildiyini diqqətə çatdırmışdır. "Açıq qapı" günündə iştirak edən istifadəçilərin və KİV nümayəndələrinin sualları Komitə sədrinin müavini Yusif Yusifov və aidiyyəti sahə şöbələrinin mütəxəssisləri tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.