Dövlət Statistika Komitəsinin nümayəndələri Yasamal RİH-də keçirilmiş narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirdə iştirak etmişlər

03.07.2013

2013-cü il 3 iyul tarixində Yasamal RİH-də müəssisələrin və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Dövlət Statistika komitəsinin nümayəndələri Sənaye və tikinti statistikası şöbəsi müdirinin müavini, Dövlətstatkomun Gənclər və İdman Nümayəndəliyinin sədri Əlili Elnur və Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin əməkdaşı Rüstəmov Müzəffər iştirak etmişlər. Görüşdə Yasamal RİH-nin başçısı İbrahim Mehdiyev və digər dövlət orqanlarından olan rəsmi qonaqlar cəmiyyətimizin ən böyük problemlərindən biri olan narkomaniya, onu yaradan səbəblər və fəsadları, narkomaniyaya qarşı mübarizə üsulları və qarşıya çıxan problemlər mövzusunda çıxışlar etmişlər.