Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin iyun ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
İyun ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,0 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 3,5 faiz ucuzlaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,4 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşmışdır.
Birillik bitkilərdən kələmin istehsalçı qiymətləri 0,5 faiz, göyərtilərin istehsalçı qiymətləri 0,3 faiz bahalaşmış, buğdanın istehsalçı qiymətləri 1,2 faiz, arpanın 6,4 faiz, kartofun 0,2 faiz, göy lobyanın 4,2 faiz, pomidorun 1,2 faiz, xiyarın 62,3 faiz, baş soğanın 0,4 faiz, baş sarımsağın 6,7 faiz, quru otun 0,1 faiz, yoncanın istehsalçı qiymətləri isə 4,7 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən alçanın istehsalçı qiymətləri 4,2 faiz, çiyələyin 6,9 faiz, fındığın istehsalçı qiymətləri 11,7 faiz ucuzlaşmış, almanın istehsalçı qiymətləri 3,5 faiz, limonun 5,4 faiz, qozun istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 0,6 faiz, qoyun ətinin (diri çəkidə) 0,6 faiz, mal ətinin (diri çəkidə) 2,0 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 10,3 faiz bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 1,3 faiz, camışın 0,3 faiz, südün 0,7 faiz, yumurtanın istehsalçı qiymətləri isə 0,5 faiz ucuzlaşmışdır.
Əlaqə telefonu: 538-52-72