2013-cü ilin iyun ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında

10.07.2013

2013-cü ilin iyun ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri isə 0,1 faiz bahalaşmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 4,8 faiz, tranzit üzrə 1,0 faiz bahalaşmış, yerli əlaqə üzrə 2,1 faiz, ixrac üzrə isə 1,9 faiz ucuzlaşmışdır. Beynəlxalq əlaqə üzrə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 10,3 faiz bahalaşmışdır.
Hava nəqliyyatında digər xarici ölkələrə sərnişindaşıma tarifləri 0,8 faiz bahalaşmış, MDB ölkələrinə isə 1,6 faiz ucuzlaşmışdır.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,8 faiz bahalaşmışdır.
Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri beynəlxalq əlaqə üzrə 7,5 faiz, yerli əlaqə üzrə isə 7,4 faiz ucuzlaşmışdır.

Əlaqə telefonu: 538-52-72