Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Tikinti haqqında
Ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf edir. 2013-cü ilin birinci yarısında bütün maliyyə mənbələrindən əsas kapitala 7,4 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 22,9 faiz çox vəsait yönəldilmiş, onun 74,9 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 52,3 faizi məhsul istehsalı, 47,7 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 60,9 faizini təşkil etmişdir.
2013-cü ilin birinci yarısında Bakı şəhərində Gəmi təmiri və gəmiqayırma İstehsalat Birliyi, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” oteli, Buzovna-Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “Gilan” Tekstil Parkı, Abşeron rayonunda Birdəfəlik plastik qablar və priforminqlər istehsalı və “Milla” süd məhsulları və dondurma istehsalı zavodları, Qəbələ rayonunda Üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, Qobustan rayonunda İdman Kompleksi, Hacıqabul rayonunda Seramik plitələr istehsalı zavodu, bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 917,9 min kvadrat metr olan yeni yaşayış evləri, növbədə 130 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisələri, 4654 şagird yerlik ümumtəhsil məktəbləri, 737 yerlik məktəbəqədər təhsil müəssisələri, 864 yerlik klub və digər obyektlər istifadəyə verilmişdir.
Tel: 539-87-17