İdxal – ixrac əməliyyatları haqqında

10.07.2013

Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-may aylarında statistik məlumatlara əsasən 18,1 milyard ABŞ dolları təşkil etmiş, onun 13,8 milyard dollarlıq hissəsi ixracın, 4,3 milyard dollarlıq hissəsi idxalın hesabına yaranmışdır.
Bu dövr ərzində dünyanın 135 ölkəsi ilə ticarət əlaqəsi aparılmış, 89 ölkəyə əmtəə ixrac olunmuş, 123 ölkədən idxal olunmuşdur. Xarici ticarət dövriyyəsi iştirakçılarının 26-sı Amerika, 49-u Avropa, 36-sı Asiya və s. ölkələridir.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-may ayları ilə müqayisədə 12,9 faiz artmışdır.

Tel: 538-76-95