Kənd təsərrüfatı maşınları ilə təminat haqqında

18.07.2013

Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında, onun keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsində, məhsul yığımında itkilərin minimuma endirilməsində istehsalçıların zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılması mühüm məsələlərdəndir və bu sahəyə dövlət dəstəyi daim diqqət mərkəzindədir. “Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara ehtiyacını ödəmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılmışdır.
2013-cü il yanvar-iyun aylarında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 19,8 milyon manat dəyərində 372 ədəd müxtəlif növ traktor, 268 ədəd kotan, 71 ədəd taxılyığan kombayn, 38 ədəd çiləyici və tozlayıcı maşınlar, 33 ədəd səpici aqreqat, 30 ədəd otbiçən, 24 ədəd gübrəsəpən maşın, 18 ədəd taxıl-toxum təmizləyənlər, 16 ədəd bağarası frez, 15 ədəd traktor yedəkləri (qoşqular), 11 ədəd ot dırmıqları və 49 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları verilmişdir.

Tel: 538-73-57