Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin iyun ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2013-cü ilin iyun ayında ərzaq məhsullarının qiymətlərinin 2,6 faiz ucuzlaşması, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1 faiz bahalaşması və qeyri-ərzaq mallarının qiymətlərinin əvvəlki ayla eyni səviyyədə qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 1,1 faiz ucuzlaşmasına səbəb olmuşdur.
Ay ərzində unun, qarabaşaq yarmasının, mal ətinin, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yağlı kəsmiyin, kərə yağının, zeytun yağının, bananın, armudun, albalı və gilasın, alçanın, əriyin, şaftalının, qarpızın, kələmin, xiyar və pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, kökün, soğanın, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, qoyun ətinin, kolbasa məmulatlarının, xamanın, yumurtanın, qarğıdalı yağının, almanın, limonun, çiyələyin, şabalıdın, göyərtinin qiymətlərində bahalaşma müşahidə olunmuşdur.
İyun ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB reysləri üzrə hava sərnişindaşıma nəqliyyatı və ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunmuşdur.
Əlaqə telefonu: 538-52-72