2013-cü ilin yanvar-iyun aylarında yeni yaradılmış müəssisə və təşkilatların və fərdi sahibkarların sayı haqqında

15.07.2013

2013-cü ilin yanvar-iyun ayları ərzində ölkədə müəssisə və təşkilatların sayı artmaqda davam etmiş və qeydiyyatdan keçmiş 3833 müəssisə və təşkilatın 148-i dövlət mülkiyyətinə, 3337-si xüsusi mülkiyyətə, 3-ü bələdiyyə mülkiyyətinə, 265-i tam xarici investisiyalı və 80-i birgə müəssisələrə aid olmuşdur.
Yeni müəssisələrin 54,2 faizi Bakıda, 13,5 faizi Aran, 8,5 faizi Abşeron və 7,9 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına əsasən, 2013-cü ilin iyul ayının 1-i vəziyyətinə fərdi sahibkarların sayı 448 mindən çox olmuşdur. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Abşeron iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

Tel: 538-81-97; 538-93-67