Əmtəə bazarı haqqında

10.07.2013

2013-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 9,1 milyard manat və ya 2012-ci ilin altı ayı ilə müqayisədə 9,1 faiz çox olmuşdur. Pərakəndə ticarət bazarında satılmış istehlak mallarının 52,6 faizi ərzaq, 47,4 faizi qeyri-ərzaq mallarının hesabına formalaşmış, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,3 faiz bəndi artmışdır.
Yanvar-iyun aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə artaraq 1,1 milyon manat təşkil etmişdir. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 86,6 faizini hüquqi, 13,4 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 93,4 faizini qeyri-ərzaq malları təşkil etmişdir.

Tel: 538-76-95