Meşəbərpa tədbirlərinin aparılması haqqında

19.07.2013

Ölkədə meşə sahələrinin seyrəkləşməsi və azalmasının qarşısının alınması, bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə meşə təsərrüfatları tərəfindən cari ilin yanvar-iyun aylarında müəyyən işlər görülmüşdür. Meşəbərpa tədbirlərinin aparılması haqqında geniş məlumatlar aşağıdakı cədvəldə verilir:

Göstəricilər yanvar-iyun 2013-cü il yanvar-iyun ayları 2012-ci ilin yanvar-iyun aylarına nisbəti, %-lə
2013-cü il 2012-ci il
Meşə fondu torpaqlarında meşəbərpa tədbirləri 1202 1256 95,7
Meşə fondu torpaqlarında meşə əkini və səpinlərinə xidmət (birdəfəlik) 16337 14772 110,6
Meşə fondu torpaqlarında meşə əkini və səpinlərinin suvarılması (birdəfəlik) 15265 16274 93,8
Tinglik sahəsində xidmət aparmaq 613 834 73,5
Səpin sahəsində ağac və kol cinslərinin toxumlarının səpilməsi 42,3 41,9 101,0
Meşə fondu torpaqlarında torpaq hazırlığı 1208 1324 91,2
Ağac və kol cinslərinin toxumlarının tədarükü, kq 5962 6172 96,6

Tədarük edilmiş ağac və kol cinsləri toxumlarının 81,1 faizi enliyarpaqlı, 18,9 faizi iynəyarpaqlı ağac toxumları olmuşdur. Enliyarpaqlı ağac toxumlarının 3,3 faizini palıd toxumu, 23,4 faizini qozmeyvəli ağacların toxumu, 73,3 faizini isə digər enliyarpaqlı ağac və kol cinslərinin toxumları təşkil etmişdir.

Tel: 538-73-57