Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
“Rəsmi statistikada keyfiyyət” mövzusu üzrə Avropa Konfransı (Q2014)
2014-cü ilin 3-5 iyun tarixlərində Vyana şəhərində Avstriya Statistikası ilə Avrostat tərəfindən “Rəsmi statistikada keyfiyyət” mövzusu üzrə Avropa Konfransı (Q2014) keçiriləcəkdir. Konfranda keyfiyyət məsələləri, statistika sisteminin idarə olunmasında problemlər və statistik istehsalın innovatik aspektləri kimi mövzulara toxunulacaqdır. Avropa Statistika Sisteminin (ASS) idarə olunması ilə əlaqədar ASS çərçivəsində ekspert qiymətləndiriməsinin ikinci mərhələsinin təşkili, uyğun göstəricilərin keyfiyyət aspektləri, həmçinin keyfiyyətə təminat məsələləri də diqqət mərkəzində olacaqdır.
Ətraflı məlumatı konfransın rəsmi internet səhifəsindən əldə edə bilərsiniz:
www.q2014.at