Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin iyul ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
İyul ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,6 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri 4,2 faiz ucuzlaşmış, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,7 faiz bahalaşmışdır.
Birillik bitkilərdən kartofun istehsalçı qiymətləri 1,5 faiz, baş soğanın 0,5 faiz, quru otun istehsalçı qiymətləri 5,3 faiz bahalaşmış, buğdanın istehsalçı qiymətləri 1,5 faiz, arpanın 1,0 faiz, göyərtilərin 1,2 faiz, göy lobyanın 8,1 faiz, kələmin 0,6 faiz, pomidorun 1,2 faiz, xiyarın 2,4 faiz, badımcanın 16,6 faiz, bibərin 24,5 faiz, qarpız və yemişin istehsalçı qiymətləri isə müvafiq olaraq 1,1 və 1,2 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 10,1 faiz, armudun 16,8 faiz, əriyin 3,2 faiz, albalı və gilasın 0,1 faiz, şaftalının 10,9 faiz, alçanın 28,8 faiz, qoz və fındığın istehsalçı qiymətləri müvafiq olaraq 0,3 və 10,3 faiz ucuzlaşmış, limonun istehsalçı qiymətləri 4,0 faiz, çiyələyin istehsalçı qiymətləri isə 0,4 faiz bahalaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın istehsalçı qiymətləri 17,9 faiz bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində diri qoyun və keçilərin istehsalçı qiymətləri 0,1 faiz, inəyin 1,3 faiz, camışın 0,4 faiz, mal ətinin (diri çəkidə) 0,8 faiz, quş ətinin (diri çəkidə) 4,1 faiz, südün 0,3 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşmışdır.
Əlaqə telefonu: 538-52-72