Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin II rübündə tikinti işlərində qiymətlərin dəyişməsi
2013-cü ilin II rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,2 faiz bahalaşmışdır. Rüb ərzində yerüstü tikililər bölməsində 0,3 faiz bahalaşma, yol və körpü tikintisində isə 0,3 faiz ucuzlaşma müşahidə edilmişdir.
Cari ilin II rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşmış, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,5 faiz ucuzlaşmışdır.
Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin və 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası və ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşmış, istehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə isə qiymətlər 0,5 faiz ucuzlaşmışdır.
Yol tikintisi üzrə qiymətlər 0,3 faiz, körpü tikintisi üzrə isə qiymətlər 0,4 faiz ucuzlaşmışdır.
Əlaqə telefonu: 538-52-72