Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin iyul ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında
2013-cü ilin iyul ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda yükdaşıma tarifləri 3,6 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri isə 1,5 faiz bahalaşmışdır.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 1,5 faiz, tranzit üzrə isə 1,0 faiz ucuzlaşmış, idxal üzrə 3,1 faiz, yerli əlaqə üzrə 3,0 faiz bahalaşmışdır.
Beynəlxalq əlaqə üzrə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 1,2 faiz bahalaşmışdır.
Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 3,3 faiz ucuzlaşmışdır.
Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 11,0 faiz, digər xarici ölkələrə isə 5,4 faiz bahalaşmışdır.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 7,3 faiz ucuzlaşmışdır.
Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri beynəlxalq əlaqə üzrə 0,4 faiz ucuzlaşmış, yerli əlaqə üzrə 8,4 faiz bahalaşmışdır.
Əlaqə telefonu: 538-52-72