Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin iyul ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
2013-cü ilin iyul ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 4,1 faiz artmış, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 5,2 faiz aşağı düşmüşdür.
Ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 2,5 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,3 faiz ucuzlaşmış, xam neft və təbii qaz hasilatı üzrə isə 4,8 faiz bahalaşmışdır.
İyul ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 5,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 2,2 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 1,8 faiz, tikinti məmulatlarının istehsalı üzrə 1,1 faiz, elektrik avadanlıqlarının istehsalı və zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,6 faiz, içki istehsalı və rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,5 faiz, poliqrafiya fəaliyyəti üzrə və qida məhsullarının istehsalı üzrə 0,4 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,2 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, kimya sənayesi üzrə 2,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı və metallurgiya sənayesi üzrə 2,2 faiz, toxuculuq sənayesi üzrə 1,6 faiz, kağız və karton istehsalı üzrə 1,2 faiz, geyim istehsalı üzrə 0,9 faiz, neft məhsullarının istehsalı üzrə 0,8 faiz, mebel istehsalı üzrə 0,3 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə və həmçinin, avtomobil və qoşquların istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşmışdır.
əlaqə telefonu: 538-52-72